Keçən il Azərbaycanda 436 qadının əmək hüquqları pozulub.
“Report” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.
Belə ki, ötən il ərzində əmək hüquqlarının pozulması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinə baxılması, eyni zamanda dövlət orqanlarından daxil olan məlumatların araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 776 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib və törədilmiş inzibati xətalara görə inzibati qaydada cərimə tətbiq edilib (2022‐ci ildə isə bu rəqəm 1807 olub).
Bunlardan 436‐sı qadınların hüquqlarının pozulması üzrə, 1 340‐ı isə kişilərin hüquqlarının pozulması üzrə olub.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək hüquqlarının pozulması ilə bağlı 287 müraciət daxil olub.