Karantindən sonra işə adaptasiya problemi - PSİXOLOQ MƏSLƏHƏTİ

Karantindən sonra işə adaptasiya problemi - PSİXOLOQ MƏSLƏHƏTİ Karantin rejimi bitəndən sonra yaşından asılı olmayaraq hər bir şəxsdə iş şəraitinə adaptasiya problemi olacaq. Çünki insanlar bir aydan çoxdur evdən çıxmırlar, səhər tezdən yuxudan oyanıb işə getmirlər, iş rejimindən uzaqlaşıblar və bir növ daha rahat şəraitə uyğunlaşıblar.
Sosial müdafiə
14 May , 2020 14:07
Karantindən sonra işə adaptasiya problemi - PSİXOLOQ MƏSLƏHƏTİ

"Karantin rejimi bitəndən sonra yaşından asılı olmayaraq hər bir şəxsdə iş şəraitinə adaptasiya problemi olacaq. Çünki insanlar bir aydan çoxdur evdən çıxmırlar, səhər tezdən yuxudan oyanıb işə getmirlər, iş rejimindən uzaqlaşıblar və bir növ daha rahat şəraitə uyğunlaşıblar". 

Bunu "Report"a açıqlamasında Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva deyib.

Onun sözlərinə görə, kəskin rejim dəyişikliyi olan şəxslər daha çox çətinlik çəkəcəklər: "Bu dövrdə kim onlayn şəkildə işləyirdisə, onların adaptasiyasında ciddi problemlər olmayacaq. Amma onlayn işləməyən, tamamilə sərbəst qalan insanlar üçün daha çətin olacaq. Ümumiyyətlə iş rejiminə uyğunlaşmanı asanlaşdıran müəyyən məqamlar var. Bu məqamlardan ən önəmlisi işi sevib-sevməməkdir. Rejimin nə qədər dəyişilməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşırlar. İşini sevməyən insanlarda isə adaptasiya prosesi uzun çəkir. Çünki onlar həvəssizdir, işlərini sevmirlər. Digər tərəfdən də xeyli vaxtdır evdə qalıblar. Bu kimi səbəblər onların işini çətinləşdirir". 

"Mütləq iş və dincəlmə saatlarını balanslaşdırmaq lazımdır".

Nuriyyə Quliyeva

Psixoloq Nuriyyə Quliyeva

Psixoloq karantindən sonra işə daha rahat uyğunlaşmaqla bağlı tövsiyələr verib: "İşə başlayandan sonra dincəlməni tamamilə kənara atmasınlar. Mütləq iş və dincəlmə saatlarını balanslaşdırmaq lazımdır. Karantin dövründə hansı hobbilərimizlə məşğul olurduqsa, işə başlayandan sonra da davam etməliyik. Bununla kəskin fərqi azalda bilərlər. Bu da adaptasiyaya köməklik edəcək. Məsləhət görülür ki, daha yüngül işləri ilk həftələrdə öhdələrinə götürüb, ağır işləri, görüşləri digər həftələrə salsınlar". 

Son xəbərlər

Orphus sistemi