​İşsizliyə görə müavinət alanların Bakının daha çox hansı rayonlarında yaşadıqları açıqlanıb

​İşsizliyə görə müavinət alanların Bakının daha çox hansı rayonlarında yaşadıqları açıqlanıb İlk sırada Sabunçu rayonu durur
Sosial müdafiə
18 Aprel , 2016 13:39
​İşsizliyə görə müavinət alanların Bakının daha çox hansı rayonlarında yaşadıqları açıqlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı şəhəri və rayonları üzrə işləməyən əhali arasında sosial müavinət təyin olunan şəxslərin sayı keçən ilin əvvəlinə 59 476 nəfər olub.

Bu barədə "Report"a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Müavinət təyin olunanlardan bir nəfərə düşən orta aylıq məbləğ 50,41 manat təşkil edib.

Yaşa görə müavinət təyin olunanların sayı 3960 nəfər, onlar arasında bir nəfərə düşən orta aylıq məbləğ isə 60 manat olub.

Əlilliyə görə sosial müavinət təyin olunanların sayı 21776 nəfər, onlara verilən orta aylıq məbləğ 50,59 manat, ailə başçısını itirdiyinə görə sosial müavinət təyin olunanların sayı 6846 nəfər, onlara verilən orta aylıq məbləğ isə 55 manat olub.

İşsizliyə görə sosial müavinətlərin təyin olunduğu əhalinin sayına görə Sabunçu (8480 nəfər) və Binəqədi (7131 nəfər) rayonları ilk sırada yer alır. 

Son xəbərlər

Orphus sistemi