İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq

İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq.
Sosial müdafiə
12 Mart , 2020 09:57
İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən, həmin reyestrin yaradılması 2020-2021-ci illərdə təmin olunacaq.

Reyestr əsasında vahid informasiya bazası yaradıldıqdan sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Şirkətlər onlara müraciət edən işaxtaran və işsiz şəxslər, eyni zamanda işlə təmin etdikləri şəxslər barədə məlumatları və onlarda olan mövcud vakansiya siyahısını da reyestrə daxil edəcəklər. 

Son xəbərlər

Orphus sistemi