Human Fondu “YOU CAN” layihəsini ilk dəfə Kiyevdə təqdim edib

Human Fondu “YOU CAN” layihəsini ilk dəfə Kiyevdə təqdim edib Bakı. 28 mart. REPORT.AZ/ Human Fondu “İnklüziv ölkə Assosiyasiyası” ilə əməldaşlıqda “YOU CAN” ( “Sən Bacararsan”) layihəsini Ukraynanın Kiyev şəhərində təqdim edib.
Sosial müdafiə
28 Mart , 2018 09:29
Human Fondu “YOU CAN” layihəsini ilk dəfə Kiyevdə təqdim edib

Bakı. 28 mart. REPORT.AZ/ Human Fondu “İnklüziv ölkə Assosiyasiyası” ilə əməldaşlıqda “YOU CAN” ( “Sən Bacararsan”) layihəsini Ukraynanın Kiyev şəhərində təqdim edib.

"Report"un məlumatına görə, tədbir “Ukrayna” Açıq Beynəlxalq İnsan İnkişafı Universitetində keçirilib.

Məlumat üçün bildirək ki, layihənin iştirakçısı 2006-cı ildə avtomobil qəzası keçirdikdən sonra həyatı tamamilə dəyişmiş və yenidən yaşamağı öyrənmiş Yuliya Resençukdur. Əlil arabası dünyanı tanımaq və həyatda uğurlar qazanmaq üçün ona əngəl olmayıb.

Yuliya hazırda “İnklüziv ölkə Assosiyasiyası”nın rəhbəri, ictimati xadim və inkluzivlik idealogiyasını Ukraynada təbliğ edən insanlardan biridir.

Qeyd edək ki, “YOU CAN “ (“Sən Bacararsan”) layihəsi həyatın böyük maneələrinə baxmayaraq (pis vərdişlər, zorakılığ, fiziki məhdudiyyətlik və s.) uğur qazanmış insanlar tərəfindən ictimai çıxışlardan ibarətdir.

Bu ilin fevral ayından "YOU CAN” ( “Sən Bacararsan” ) layihəsinə şagird və tələbələri motivasiya etmək məqsədi ilə Azərbaycan universitet və orta təhsil müəssələrində start verilib. Bu ilin sonuna layihənin digər ölkələrdə təqdimatı planlaşdırılır.

Xatırladaq ki, HUMAN Fondu - sosial-iqtisadi inkişaf naminə millətindən, dinindən, cinsindən və fiziki bacarığından asılı olmayaraq insanları birləşdirən təşkilatdır. HUMAN Fondu 2016-cı ildə Azərbaycanda yaradılıb və ölkəmizdə, həmçinin digər ölkələrdə 42 layihə ilə 3025-dən çox insanı əhatə edib.

Son xəbərlər

Orphus sistemi