Hicran Hüseynova: "Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılmasıdır"

Sosial müdafiə
  • 30 may, 2018
  • 07:33
Hicran Hüseynova: Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılmasıdır
Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova
Report/ Elchin Murad

Bakı. 30 may. REPORT.AZ/ "Hazırda Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir".

"Report" xəbər verir­ ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova Qadınların V For­umunda çıxışı zamanı ­deyib.

O bildirib ki, əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi: "Ancaq indi bu məsələdə ciddi irəliləyişlər hiss olunur. Bir çox fərqli sahələrdə qadınlarımızın sayı ilbəil artır. Bu gün Azərbaycan qadını - ənənələri, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikanın inkişafında fəal iştirak edirlər".