Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev Fondu məktəblərə 10 min çanta və dərs ləvazimatı paylayıb

    Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu 2014-2015-ci tədris ili ərəfəsində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə paylayıb.

    Bu barədə Report-a Fonddan məlumat verilib.

    Xatırladaq ki, Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi