Göyçayda könüllülər maraqlı aksiya keçiriblər

Sosial müdafiə
  • 18 iyun, 2020
  • 16:17
Göyçayda könüllülər maraqlı aksiya keçiriblər

Göyçay rayonunda gənc könüllülər maraqlı aksiya keçiriblər.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, gənc könüllülər rayon sakinlərinin vaxtını səmərəli keçirməsi üçün istirahət guşəsi yaradıblar.

Belə ki, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən “Rəngarəng Gəncliyimiz” adlı təşəbbüs həyata keçirilib. Rayonda binaların birində insanların istirahət etməsi üçün uyğun şəraitin olmadığı məlum olduqdan sonra, könüllülər orada guşə yaratmaq qərarına gəliblər.Təşəbbüs çərçivəsində gənclər sakinlər üçün ayrılmış oturacağı təmir edib, istifadəyə yararlı vəziyyətə gətirərək rəngləyiblər. Daha sonra guşənin divarlarına maraqlı rəsmlər çəkərək oturacağı oraya yerləşdiriblər. Aksiyada 10 nəfər könüllü iştirak edib.

Qeyd edək ki,Gənclərin bu təşəbbüsü sakinlər tərəfindən yüksək qiymətləndirilib və təqdirəlayiq hesab edilib. Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.