“Gender Hub”: “Azərbaycanda hər 116 oğlana 100 qız doğulur”
- 23 fevral, 2023
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“Selektiv abort problemi indi bütün dünyada aktualdır. Azərbaycan bu təcrübəni fəal şəkildə tətbiq edən ölkələrin siyahısına başçılıq edir”.
Bunu “Report”a müsahibəsində qadınlara qarşı zorakılıqla mübarizə aparan “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidova deyib.
Onun sözlərinə görə, son məlumatlara görə, Azərbaycanda hər 116 oğlana 100 qız doğulur: “Bioloji norma isə 100 qızın 102-106 oğlana nisbəti hesab olunur. Bu o deməkdir ki, demoqrafik baxımdan artıq problem var”.
M.Məcidovanın fikrincə, belə davam edərsə, 2050-ci ildə bizdə hər 9 oğlana yalnız 1 qız düşəcək: “Ona görə də cəmiyyətin diqqətini bu problemə yönəltmək çox vacibdir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.