Gəncədə partlayışda dağılan yaşayış binasının yerində yenisi istifadəyə verilib

Gəncədə partlayışda dağılan yaşayış binasının yerində yenisi istifadəyə verilib Gəncə şəhərində iki il əvvəl partlayış nəticəsində dağılan binanın yerində inşa edilən yeni yaşayış binasının açılış mərasimi keçirilib.
Sosial müdafiə
19 May , 2020 11:19
Gəncədə partlayışda dağılan yaşayış binasının yerində yenisi istifadəyə verilib
Report

Gəncə şəhərində iki il əvvəl partlayış nəticəsində dağılan binanın yerində inşa edilən yeni yaşayış binasının açılış mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, açılış mərasimində rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasim zamanı mənzillərin açarları orada yaşayan sakinlərə təhvil verilib.

Qeyd edək ki, şəhərin Şahlar Hüseynov 13 A ünvanında inşa edilən 5 mərtəbəli yaşayış binası 50 mənzildən ibarətdir. Mənzillərdən 22-si bir otaqlı, 16-sı 2 otaqlı, 12-si isə 3 otaqlıdır. Şəhərin "Füzuli" parkının yaxınlığında yerləşən bina iki blokdan ibarət olmaqla ümumi sahəsi 4 570 kvadratmetri əhatə edir.

Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Ş.Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. 

Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib. Daha bir nəfər, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb. Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni bir yaşayış binasının inşa edilməsi qərarı verilib.

Son xəbərlər

Orphus sistemi