Gənc jurnalistlər arasında “Narkomanlığa qarşı mübarizə” mövzusunda müsabiqə elan edilib

Gənc jurnalistlər arasında “Narkomanlığa qarşı mübarizə” mövzusunda müsabiqə elan edilib Bakı. 2 aprel. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi elan edib.
Sosial müdafiə
2 Aprel , 2018 17:49
Gənc jurnalistlər arasında “Narkomanlığa qarşı mübarizə” mövzusunda müsabiqə elan edilib

Bakı. 2 aprel. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqədə 18-29 yaş həddində olan gənc jurnalistlər (qəzet, jurnal, elektron KİV-lər) iştirak edə bilərlər.

Müsabiqə 3 nominasiya üzrə keçirilir. Müsabiqəyə yalnız yanvarın 1-dən mayın 10-dək mətbuatda dərc olunmuş materiallar təqdim edilə bilər.

Materialların surəti və 10 nüsxədə “Arial” 12 şrifti ilə A4 formatda çap olunmuş variantı Təşkilat Komitəsinə təqdim edilməlidir.

Hər nominasiya üzrə 3 qalib müəyyən olunur. Müsabiqə Gənclər və İdman Nazirliyinin maliyyə vəsaiti hesabına həyata keçirilir.

Hər nominasiya üzrə I yerə layiq görülən qalib 300 manat, II yer 200 manat və III yer tutmuş jurnalistlər 100 manat məbləğində pul mükafatı və diplomlarla təltif olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi