Gələn il Dənizkənarı Bulvar İdarəsinə ayrılacaq vəsaitin məbləği açıqlanıb

Gələn il Dənizkənarı Bulvar İdarəsinə ayrılacaq vəsaitin məbləği açıqlanıb Qurum üçün ayrılan vəsait artırılıb
Sosial müdafiə
22 Noyabr , 2016 14:35
Gələn il Dənizkənarı Bulvar İdarəsinə ayrılacaq vəsaitin məbləği açıqlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 774 337 manat vəsait ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.

Bu rəqəm 2016-cı ildə 423 978 manat olub. 2017-ci ildə ayrılacaq vəsait cari illə müqayisədə 350 359 manat çoxdur. 

Son xəbərlər

Orphus sistemi