Bakı. 27 noyabr. REPORT.AZ/
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Tədbir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) baş tutacaq.
Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq nümunələrindən ibarət sərgi və baxış müsabiqələrin təşkilinə 1997-ci ildə ümummilli lider
Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsinin təşkilində məqsəd həmin şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsidir. Tədbir nazirliyin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunacaq. Tədbir çərçivəsində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılacaq ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.
Tədbirin ilk günü bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar müvafiq nominasiyalar üzrə mükafatlandırılacaq.
Üç gün ərzində satış yarmarkasını ziyarət etmək və əl işlərinindən almaq mümkündür.