Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident
"Bu məsələlərə kompleks yanaşılacaq. Həm sahibkarların, həm də vətəndaşların məşğulluq məsələləri barədə Təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Hazırda mətbuatda yazılan məlumatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır"-deyə o bildirib.
Xatırladaq ki, ilk xəbəri "Modern.az" saytı verib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.