​Yanvar ayında əmək qanunvericiliyinin pozulması halları 20 faizədək azalıb

​Yanvar ayında əmək qanunvericiliyinin pozulması halları 20 faizədək azalıb Qanun pozuntusuna özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilib
Sosial müdafiə
12 Fevral , 2015 11:44
​Yanvar ayında əmək qanunvericiliyinin pozulması halları 20 faizədək azalıb

Bakı. 12 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 492 fakt aşkar olunub.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz azdır. Belə hallara əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilib.

Aşkar edilmiş hüquq pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 50,6 faizi (85 796 manat) dövlət büdcəsinə ödənilib ki, həmin məbləğ 2014-cü ilin yanvar ayına dair müvafiq göstərici ilə müqayisədə 44,9 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi