Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirilib

Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirilib Tədbir sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq məqsədilə baş tutub
Sosial müdafiə
29 Dekabr , 2016 14:25
Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və UAFA-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib. 

"Bakcell"dən "Report"a daxil olan məlumata görə, seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi. Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər - Ülviyyə Mirzəyeva və Zəhra Xələfli əlilliyi olan uşaqlar və valideyn münasibətləri, onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında müzakirə olunub.

Tədbirə həmçinin paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən əlilliyi olan uşaqlar və onların valideynləri üçün, eyni zamanda əlilliyi olmayan insanlar da böyük motivasiya olub. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.

Tədbirin sonunda spikerlər onlara ünvanlandırılmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq məsləhətlər veriblər.

Son xəbərlər

Orphus sistemi