​Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

​Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edib Fikrət Məmmədov Şirvanda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti ilə də tanış olub
Sosial müdafiə
20 May , 2016 18:01
​Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Bakı. 20 may. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Şirvan regional ədliyyə şöbəsində Şirvan şəhərində, habelə Hacıqabul və Saatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Nazirlikdən "Report"a bildirilib ki, gün ərzində aparılan qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Ədliyyə naziri Şirvanda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi