Yuxarı
    Bağlamaq

    Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb

    Azərbaycan reytinqdə 85-ci yerdədir

    Bakı. 20 mart. REPORT.AZ/ "Sustainable Development Solutions Network" (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hazırlanmış "Dünya xoşbəxtlik hesabatı-2017" hesabatını dərc edib.

    "Report"un məlumatına görə, hesabata əsasən, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə kimi tanınır. Reytinqdə ikinci yerdə Danimarka, üçdə İslandiya yerləşir, sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

    Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 121-ci, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.

    Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub.

    Qeyd olunur ki, 155 ölkədən ibarət olan siyahida Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası sonuncu yerləri tutub.

    Xatırladaq ki, bu gün, martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi