DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı ilə bağlı olub
Sosial müdafiə
19 Fevral , 2015 14:43
DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib. "Report" xəbər verir ki, qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb. 

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edən vətəndaşlar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi