Noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənib

Noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
Sosial müdafiə
21 Noyabr , 2020 11:30
Noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

DSMF-dən "Report"a bildirilib ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə noyabr üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Son xəbərlər

Orphus sistemi