DSMF-nin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə yeni təyinat olub

DSMF-nin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə yeni təyinat olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri vəzifəsindən işdən çıxarılan Ülfət Əhmədovun yerinə yeni təyinat olub.
Sosial müdafiə
13 İyun , 2020 22:15
DSMF-nin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə yeni təyinat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri vəzifəsindən işdən çıxarılan Ülfət Əhmədovun yerinə yeni təyinat olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmin vəzifəyə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin müdiri vəzifəsində çalışmış Ayazi Paşayev təyin edilib. 

A.Paşayev bundan əvvəl “Kapital Bank”ın Göygöl rayon filialının müdiri vəzifəsində də çalışıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilovun və orada çalışan daha bir nəfər - Elçin Ələkbərovun işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi