Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət qurumlarının göstərdikləri elektron xidmətlərin daxili qiymətləndirməsini həyata keçirir". "Report" xəbər verir ki, bunu "ASAN xidmət"in innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib.
O bildirib ki, cari il üzrə nəticələr 2015-ci ilin əvvəlində ictimaiyyətə açıqlanacaq.