Dövlət Komitəsinin sədri qadınları üzləşdikləri problemlərin həlli istiqamətində fəal olmağa çağırıb

Dövlət Komitəsinin sədri qadınları üzləşdikləri problemlərin həlli istiqamətində fəal olmağa çağırıb Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan hökumətinin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı iqtisadi inkişafa nail olunması və bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir.
Sosial müdafiə
5 Aprel , 2018 11:43
Dövlət Komitəsinin sədri qadınları üzləşdikləri problemlərin həlli istiqamətində fəal olmağa çağırıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report

Bakı. 5 aprel. REPORT.AZ/ "Azərbaycan hökumətinin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı iqtisadi inkişafa nail olunması və bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir".

"Report"un məlumatına görə, bunu "Qadın hüquqlarının müdafiəsi: Beynəlxalq və milli aspektlər" kitabının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, qadınların imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir: "Hazırda Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər".

H.Hüseynovanın sözlərinə görə, son illər yeni qanunların, dövlət proqramlarının qəbul edilməsi, sərəncam və fərmanların imzalanması insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına və stereotiplərin müəyyən qədər qırılmasına təkan verməyə başlayıb: "Hazırda Azərbaycan əhalisinin 50.2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar".

Komitə sədri qeyd edib ki, qadın problemlərinin azaldılması və həlli istiqamətində qadınların özləri də səy göstərməlidirlər: "Öz hüquqlarını bilməklə və vəzifələrini yerinə yetirməklə onlar özləri də qadın siyasətinin formalaşmasında və bir çox problemlərin həlli istiqamətində mühüm rol oynamış olar".

Son xəbərlər

Orphus sistemi