Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda qadına inam hər zaman olub”

Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda qadına inam hər zaman olub” O bildirib ki, hazırda istər Milli Məclisdə, istər bələdiyyə sahəsində, istərsə də sahibkarlıq və digər sahələrdə qadın təmsilçilərinin sayı artır
Sosial müdafiə
2 May , 2017 12:08
Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda qadına inam hər zaman olub”

Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycanda qadına inam hər zaman olub”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, hazırda istər Milli Məclisdə, istər bələdiyyə sahəsidə, istərsə də sahibkarlıq və digər sahələrdə qadın təmsilçilərinin sayı artır: “Sayın artması inkişafın göstəricisidr. Amma bu rəqəmlər bizi qane etmir. Azərbaycan qadının potensialı imkan verir ki, cəmiyyətdə iştirakçılığı daha da çox olsun”.

A.Sofiya bildirib ki, bu gün bələdiyyə sahəsində qadınların təmsilçiliyi 40 faizə yaxınlaşır. Onun sözlərinə görə, sahibkarlıqda qadınların təmsilçiliyi bir neçə il əvvəl 15 faiz idisə, bu gün 20 faizi ötür.

Son xəbərlər

Orphus sistemi