"Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb".
"Report" xəbər verir ki, bu fikirləri
Onun sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: "Araşdırmamıza görə, cənub zonasının bəzi ucqar kəndlərində son 10-15 ildə ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi həmin bölgələrdə oğlanların radikal dini qruplaşmaların təsiri altına çox düşməsidir".
A.Veysəlova bildirib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil: "Çünki 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nikaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin".