Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə edilib.
O, Mərkəzin direktor müavinidir və rəhbərlikdə Pərvinə İsmayılovanı əvəz edib.
Xatırladaq ki, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.