Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət

Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında yayılan məlumatlara münasibət bildirib.
Sosial müdafiə
18 Mart , 2020 17:09
Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət
pexels.com
0 : 00
0 : 00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq məsələnin hazırkı durumu haqqında məlumat alıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.

Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıb.

Uşaqların hazırkı psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Dövlət Komitəsinin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.

Son xəbərlər

Orphus sistemi