DİN Tibb Universitetində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirib

DİN Tibb Universitetində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirib Tuncay Abbasov: "Narkomaniya nəsilartırma, görmə, zehni geriləmə və s. xəstəliklərin meydana çıxmasına səbəb olur"
Sosial müdafiə
4 Noyabr , 2016 19:48
DİN Tibb Universitetində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirib

Bakı. 4 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ), Suraxanı Rayon Polis Şöbəsinin məsul işçiləri, ali təhsil müəssisəsinin müəllimləri və tələbələri iştirak ediblər. 

ATU-nun prorektoru Sabir Əliyev bildirib ki, narkomaniya insan sağlamlığına ciddi ziyan vurur: "Bu bəlanın yaratdığı problemlərin həllinə uzun illər lazım gəlir. Bəzi hallarda isə proses acı sonluqla nəticələnir".

BŞBPİ-nin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev deyib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır: "İdarə narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı lazımi tədbirlər görür".

Suraxanı Rayon Polis Şöbəsinin 33-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov qeyd edib ki, narkomaniya nəsilartırma, görmə, zehni geriləmə və s. xəstəliklərin meydana çıxmasına səbəb olur: "Narkomaniyaya qarşı ən yaxşı silah təhsildir". 

O, narkomaniya ilə bağlı problemlərin ictimailəşdirilməsinin vacibliyinə toxunaraq, bu kimi hallarla üzləşən tələbələrin DİN-in 102 "qaynar xətti"nə və aidiyyəti polis bölməsinə məlumat verilməsinin zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi