Nazirlik: Daha 86 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Sosial müdafiə
- 16 dekabr, 2019
- 07:21
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiyanın növbəti qərarına əsasən yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.
Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 877 şəhidin 17 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 97 faizə çatıb.

Son xəbərlər
15:49
Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə15:47
Azərbaycanda ötən il 7 min hektara yaxın torpaq sahəsi investisiya müsabiqəsinə çıxarılıb
ASK15:44
Rusiya Donetskə zərbə endirib: 5 ölü, 12 yaralı var
Digər ölkələr15:43
Foto
Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib
İKT15:40
Foto
Yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı başa çatıb
Fərdi15:38
Macarıstan Ukraynanı enerji təhlükəsizliyini pozmaqda ittiham edib
Digər ölkələr15:38
İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər
Biznes15:37
Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında iştirak edəcək
Futbol15:25