Bu il DSMF-də 41 227 nəfərə fərdi şəxsi hesab açılıb

Bu il DSMF-də 41 227 nəfərə fərdi şəxsi hesab açılıb Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində əlavə olaraq 41 227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
Sosial müdafiə
4 Aprel , 2018 19:15
Bu il DSMF-də 41 227 nəfərə fərdi şəxsi hesab açılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində əlavə olaraq 41 227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fərdi uçot sistemi ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitallarını formalaşdırmasına şərait yaradır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti əhalinin istifadəsindədir.

Ötən il iyulun 1-dən qanunvericilikdə qüvvəyə minən dəyişikliklər nəticəsində vətəndaşlara bank vasitəsilə fərdi hesablarına daha çox vəsait köçürməklə, pensiya kapitallarını və bununla gələcəkdə onlara təyin olunacaq pensiyaların məbləğini daha da artırmaq imkanı verilib.

Sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artması fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının da çoxalmaqda davam etməsinə səbəb olur. Belə ki, 2018-ci ilin 1 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi