Yuxarı

Bu il Azərbaycanda ölüm göstəricisi artıb

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 19,7 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 olub.

Dövlət Statistika Komitəsindən (DSK) “Report”a verilən məlumata görə, bu ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 19,7 min nikah və 4,1 min boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1075 nəfər gələn və 488 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 587 nəfər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi