“Kadrların işə qəbuluna xüsusi diqqət yetirilməlidir”.
"Report" xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının İnsan resursları və siyasəti şöbəsinin müdiri Henrietta Maria De Bir Bakıda keçirilən “21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminarda bildirib.
O vurğulayıb ki, növbəti iki gün ərzində effektiv dövlət qulluğuna qəbulun necə təmin edilməsi, bacarıqların müəyyənləşdirilməsi, şaxələndirmənin və işçilər üçün yaxşı mühitin təmin edilməsi məsələlərini müzakirə edəcəyik.
Onun sözlərinə görə, pandemiya işçilərə, ümumilikdə müəssisə və şirkətlərin fəaliyyətinə xüsusi təsir göstərib, həmçinin müasir texnologiyalardan istifadənin zəruriliyini göstərib: “Odur ki, iki gün ərzində dövlət qulluğu işçilərinin fəaliyyətində səmərəliliyi artırmaq məqsədilə ən yaxşı yolları tapmaq üçün təcrübə mübadiləsi aparmağa çalışacağıq”.