Bloqqerin ağacəkmə kampaniyasına gələnlər torpaqdan telefon tapdılar - VİDEO

Bloqqerin ağacəkmə kampaniyasına gələnlər torpaqdan telefon tapdılar - VİDEO Bloqqer Səma Abiyeva İnstagram izləyicilərinin 100 000-ə çatması ilə bağlı ağacəkmə aksiyası keçirib.
Sosial müdafiə
26 Dekabr , 2019 11:38
Bloqqerin ağacəkmə kampaniyasına gələnlər torpaqdan telefon tapdılar - VİDEO

Bloqqer Səma Abiyeva "İnstagram" izləyicilərinin 100 000-ə çatması ilə bağlı ağacəkmə aksiyası keçirib.

“Report” xəbər verir ki, bloqqer 100 000 izləyiciyə sahib olması münasibəti ilə izləyiciləri ilə birlikdə 150 ağac əkib.

S.Abiyeva deyib ki, çox qəribə bir irəliləyişlə arzusunu reallaşdırıb: “Ağlıma belə bir ideya gələndə ilk olaraq ağac və məkan axtarışına başladım. Hər şey yoluna düşəndə əkiləcək ağaclar üçün bel tapa bilmədiyimi görəndə məni ağlamaq tutdu. 100 beli hardan, necə alacağım məni çox çaşdırırdı. Amma yazdığım bir elanla izləyicim mənə köməyə gəldi. Və bununla da Bakı Şəhər Yaşıllaşdırma İdarəsi mənə hər işdə yaşıl işıq yandırdı. Bütün getdiyim ünvanlarda ərizələrin, sənədlərin imzalanmasında, ağacların gətirilməsi, çalaların qazılmasında, çay süfrəsinin təşkili və digər bütün işlərdə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi və Binəqədi rayon İcra Hakimiyyəti hər köməyi göstərdilər”.

Bloqqer bildirib ki, Kontakt Home mağazası son ana qədər reklamsız, tanıtımsız formada ağac əkənlər üçün 5 ədəd smartfon təqdim edib. “Ağac əkilən gün gələn xanımlara sürpriz edildi. Onları ağac əkməyə dəvət edəndə bir oyun düşündüm. Bircə dəvətlə ağac əkməyə gəlmək arzusunda olan, təbiəti təkcə şikayət etməklə yox, ona qayğı göstərərək sevənləri hədiyyəsiz buraxa bilməzdim. Bu dünyada edilən hər bir gözəl əməlin gözlənilməz mükafatı var inamını yaratmaq üçün sizə hədiyyələr təşkil etdim. Həmin xanımlar ağac əkərkən torpaqdan telefon tapdılar. Amma təkcə 4-nü. Qəribə idi...5-ci telefon yox idi. Fəhlələr bütün ağacları axtarmağa başladılar və sonuncu telefonu məhz elə o telefonu tapmış fəhlə babaya hədiyyə etdim. Cəhd etsəydim, bu cür hədiyyəni bəlkə də o babaya hədiyyə edə bilməzdim. Qismət həqiqətən qəribə sürprizlərə gətirir. Anladım ki, heç vaxt heç biri işi hətta ağacı belə tələsərək əkmək olmaz. Əlinin altındakı mükafatı qaçıra bilərsən. Ağac əkimi ilə bağlı daha da maraqlı layihələrim qarşıdandı. Davam edəcəyik! Bu ideyamı gerçəkləşdirən Kontakt Home mağazasına min dəfə təşəkkür edirəm”.

View this post on Instagram

SƏSİMƏ SƏS VERİN!!!!! ? İndiyədək instagram və youtube izləyicilərimi heç bir giveaway, heç bir hədiyyə qarşılığında toplamamışam. Bir-bir uzun zaman kəsiyində youtubeda 120 000, İnstagramda isə 100 000-nə doğru yol almışam. 100000-lik auditoriya ilə modadan danışmaq, dodaq boyasından danışmaq çox qeyri-ciddi olar. Yaşadığım cəmiyyəti yaxşı doğru dəyişmək üçün qadınlarla, analarla fərqli mövzularda nələrisə etməyi hədəfləmişəm. HİSS EDİRƏM Kİ, POPULYARLIĞIMLA İNSANLIQ ADINA ARTIQ NƏSƏ ETMƏLİYƏM! Gəlin, yaxşı birlikdə yaxşı bir iş görək. Gəlin uşaqların oxuyacağım məktəb ərazisində 100 ədəd ağac əkək!? Ağacəkimi aksiyama qoşulmaq üçün whats app 05035042 27 nöm vasitəsilə qeydiyyatdan keçmək lazımdır. HƏMİM GÜN SİZİ EHTİMAL ETMƏDİYİNİZ BİR SÜRPRİZ GÖZLƏYİR!

A post shared by Sema Abiyeva (@semaabiyeva) on

View this post on Instagram

Sizi ağac əkməyə dəvət edəndə bir oyun düşündüm. Bircə dəvətlə ağac əkməyə gəlmək arzusunda olan, təbiəti təkcə şikayət etməklə yox, ona qayğı göstərərək sevənləri hədiyyəsiz buraxa bilməzdim. Bu dünyada edilən hər bir gözəl əməlin gözlənilməz mükafatı var inamını yaratmaq üçün sizə hədiyyələr təşkil etdim. Sabah mənimlə ağac əkməyə gələn qadınlardan 5 -i smartfon qazanacaq. AĞACLARI ƏKMƏKDƏN ÖNCƏ AKVARİUMDAN NÖMRƏ SEÇİB HƏMİN NÖMRƏ ALTINDA OLAN ÇALADA AĞAC ƏKMƏYƏ YÖNLƏNƏCƏKSİZ. BƏXTİNİZ GƏTİRSƏ, O ÇALADAN GİZLƏTDİYİM TELEFONLARA SAHİB OLACAQSIZ. Bu elana qədər sırf ağac əkmək eşqinə qeydiyyatdan keçməyənlər isə bu şansı qaçırtdılar. Sabah bu torpağa 150 ağac hədiyyə edəcəyik! ??? Bu dəli ideyamı gerçəkləşdirən @kontakt_home mağazasına min dəfə təşəkkür.

A post shared by Sema Abiyeva (@semaabiyeva) on

View this post on Instagram

?çox qəribə bir irəliləyişlə arzumu reallaşdırdım. Ağlıma belə bir ideya gələndə ilk olaraq ağac və məkan axtarışına başladım. Hər şey yoluna düşəndə əkiləcək ağaclar üçün bel tapa bilmədiyimi görəndə məni ağlamaq tutdu. 100 beli hardan, necə alacağım məni çox çaşdırırdı. Amma yazdığım bir elanla izləyicim mənə köməyə gəldi. Və belə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi mənə hər işdə yaşıl işıq yandırdı. Bütün getdiyim ünvanlarda ərizələrin, sənədlərin imzalanmasında, ağacların gətirilməsi, çalaların qazılmasında, çay süfrəsinin təşkili və digər bütün işlərdə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi və Binəqədi rayon İcra Hakimiyyəti hər köməyi göstərdilər. @kontakt_home mağazası son ana qədər reklamsız, tanıtımsız formada ağac əkənlər üçün 5 ədəd smartfon təqdim etdi. VƏ AĞAC ƏKİLƏN GÜN gələn xanımlara sürpriz etdik. Ağac əkərkən torpaqdan telefon tapdılar. Amma təkcə 4-ünü. Qəribə idi...5-ci telefon yox idi. Fəhlələr bütün ağacları axtarmağa başladılar və sonuncu telefonu məhz elə o telefonu tapmış fəhlə babaya hədiyyə etdim. Cəhd etsəydim, bu cür hədiyyəni bəlkə də o babaya hədiyyə edə bilməzdim. Qismət həqiqətən qəribə sürprizlərə gətirir. Anladım ki, heç vaxt heç biri işi hətta ağacı belə tələsərək əkmək olmaz. Əlinim altındakı mükafatı qaçıra bilərsən. Fürsətlərinizi qaçırmamaq üçün ünvanlarınıza vaxtında çatasız.? Ağac əkimi ilə bağlı daha da maraqlı layihələrim qarşıdadı. Davam edəcəyik!?

A post shared by Sema Abiyeva (@semaabiyeva) on

Son xəbərlər

Orphus sistemi