Bir qrup konüllü gənc “Biganə qalma” aksiyasına başladı - VİDEO

Bir qrup konüllü gənc “Biganə qalma” aksiyasına başladı - VİDEO Bakıda bir qrup könüllü gənc ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədilə Evdə Qal, Biganə Qalma adlı yardım aksiyasına start veriblər.
Sosial müdafiə
4 Aprel , 2020 16:05
Bir qrup konüllü gənc “Biganə qalma” aksiyasına başladı - VİDEO

Bakıda bir qrup könüllü gənc ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədilə "Evdə Qal, Biganə Qalma" adlı yardım aksiyasına start veriblər. 

"Report" xəbər verir ki, mart ayının 31-dən elan olunan xeyriyyə aksiyasının hesab nömrəsinə toplanan ianə ilə bu günə kimi 530 dan çox ailəyə yardım çatdırılıb.

“Biganə qalma” adlı aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub. Ümumilikdə 20-30 şəxsdən ibarət komanda ərzaq ehtiyatını çatdırdığı ailələrin sağlamlığını qorumaq məqsədi ilə gərəkli olan tədbirlərə də xüsusi nəzarət edir.

Təşkilatçıların verdiyi məlumata görə, aksiya başlamadan əvvəl online yaradılan yardım üçün ərizə forması ilə 2 gün ərzində 2000-ə yaxın müraciət daxil olub. Həmin ailələrlə əlaqə saxlanılıb, müəyyən suallar verilib. Bunun əsasında siyahı tərtib edilir və hazırlanan ərzaq sovqatı gündəlik olaraq 100-ə yaxın ailəyə çatdırılır və 5 gün ərzində 530-dan çox ailəyə ərzaq payı çatdırılıb. Hədəf 2000 ailəyə ərzaq yardımı çatdırmaqdır.

Hər günün hesabatı aksiyanın sosial şəbəkədəki səhifəsində ətraflı və şəffaf şəkildə paylaşılır. Aksiya Bakı və ətraf qəsəbələrlə yanaşı bölgələri də əhatə etməyə başlayıb. Təşkilatçılar yardım aksiyasının ianə toplandıqca baş tutacağını bildiriblər. Yardım aksiyasına qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan hesab nömrəsinə yardım köçürə bilərlər. Aksiya barədə daha ətraflı və gündəlik hesabat xarakterli foto və videolarla tanış olmaq üçün Facebook və Instagram sosial şəbəkəsində yaradılan səhifədən izləmək mümkündür: https://www.facebook.com/biganeqalma

Qeyd edək ki, dünya miqyasında pandemiya elan olunan Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə də yayılmasının qarşısının alınması məqsədilə dövət tərəfindən cari ilin aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Karantin müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslər və bir qrup ailələr maddi çətinliklə üzləşib.

Yardım üçün hesab nömrəsi:

| MilliÖn terminalı, MilliÖn veb saytı və ya mobil app vasitəsilə:

Bank xidmətləri - Kapital Bank

4169733212602887 (Adil Abdullayev)

| MilliÖn veb saytından ödəniş üçün:

https://www.million.az/attributes/KapitalBankKarta...

Kart növü Visa Classic

Ətraflı məlumat üçün (WhatsApp): +994 50 437 30 81

Son xəbərlər

Orphus sistemi