Baş prokurorun müavininin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Sosial müdafiə
  • 07 avqust, 2019
  • 12:41
Baş prokurorun müavininin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Baş prokurorun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Qəbul avqustun 16-da saat 10:00-da Şəmkir Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.