Bakıda sağlamlıq imkanları məhdud şəxslər barəsində filmin nümayişi olub

Bakıda sağlamlıq imkanları məhdud şəxslər barəsində filmin nümayişi olub Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə Fərqliyik, bərabərik filmi nümayiş etdirilib.
Sosial müdafiə
7 Dekabr , 2018 19:21
Bakıda sağlamlıq imkanları məhdud şəxslər barəsində filmin nümayişi olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə "Fərqliyik, bərabərik" filmi nümayiş etdirilib.

"Report" xəbər verir ki, film Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti, UNİCEF ofisləri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), eləcə də "ASAN Radio" ilə əməkdaşlıqla hazırlanıb.

12 dəqiqəlik film qəhrəmanlarının - sağlamlıq imkanları məhdud şəxslərin həyat uğurlarına və sosial adaptasiyasına həsr olunub.

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Kestutis Yankauskas bu layihənin hamı üçün vacib olduğunu bildirib.

"Bu gün çox böyük iş görürük. İki önəmli tarixi - Beynəlxalq İnsan Hüquqları Günü və Beynəlxalq Əlillər Gününü qeyd edirik. Hər kəsin cəmiyyətin ictimai həyatının bir hissəsi olmaq hüququ var. Bu layihə hamımız üçün vacibdir", - o deyib.

Bundan əlavə, tədbir iştirakçıları ölkədə inklüziv təhsilin tətbiqi və inkişafının vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlıq etdiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi