Azərbaycan Prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb
Sosial müdafiə
- 19 dekabr, 2018
- 14:36
Bakı. 19 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
23:11
Bakı Yay Enerji Məktəbinin iştirakçıları Ağdama səfər ediblər
Daxili siyasət23:09
Marko Curiç: "Qərbi Balkan"ın əvəzinə "Cənub-Şərqi Avropa" ifadəsinə üstünlük veririk
Digər ölkələr23:00
Foto
DÇ-2026: İspaniya - Belçika oyunu başlayıb
Futbol22:52
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Hadisə22:35
Fransada 130-dan çox insan suda boğulub
Digər ölkələr22:22
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
Region22:09
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Region21:59
Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Region21:44