Azərbaycanın Gürcüstan və İranla sərhəd məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq

Azərbaycanın Gürcüstan və İranla sərhəd məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq Bakı. 16 noyabr. REPORT.AZ/ Yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən Sınıq körpü və İranla sərhəddə olan Astara sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq.
Sosial müdafiə
16 Noyabr , 2018 15:45
Azərbaycanın Gürcüstan və İranla sərhəd məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ "Yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən "Sınıq körpü" və İranla sərhəddə olan "Astara" sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq".

"Report" xəbər verir ki, bunu Caspian European Clubun biznes-forumunda jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, bu bölmələr insanların sərhəddən daha rahat və sürətli giriş-çıxış etməsini təmin edəcək: "Bu xidmət bölmələrindən həmçinin sərhəddə yaxın kəndlərin sakinləri istifadə edəcək. Hazırda həmin bölmələrdə vətəndaşlara Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olan 4 xidmət göstərilir. Gələcəkdə bu proses uğurlu alınarsa, gələcəkdə digər müraciətlər də bu xidmət bölmələrinə daxil edilə bilər".

Son xəbərlər

Orphus sistemi