Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb Ötən ay 115415 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib
Sosial müdafiə
19 İyun , 2015 11:44
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb

Bakı. 19 iyun . REPORT.AZ/ May ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, ötən ay ünvanlı dövlət sosial yardımı alanların sayı 2014-cü ilin may ayı ilə müqayisədə 21987 ailə (96644 nəfər ailə üzvü) və ya 16 faiz azalaraq 115415-ə (503181 nəfər ailə üzvü) enib. 

Nazirlikdən bildirilib ki, bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4 faiz artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb. May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33056-nı (28,6 faiz) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.

Son xəbərlər

Orphus sistemi