Azərbaycanda son 3 ildə ümumilikdə 504 uşaq övladlığa verilib

Azərbaycanda son 3 ildə ümumilikdə 504 uşaq övladlığa verilib Azərbaycanda 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib.
Sosial müdafiə
25 Yanvar , 2024 11:23
Azərbaycanda son 3 ildə ümumilikdə 504 uşaq övladlığa verilib

Azərbaycanda 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib.

"Report"un xəbərinə görə, bunu bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin uşaqlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır: "Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 qız uşağı himayədar ailələrə verilib. Ötən il uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb".

Son xəbərlər

Orphus sistemi