​Azərbaycanda rəsmən 29 min işsiz var

​Azərbaycanda rəsmən 29 min işsiz var İşsizliyə görə müavinətin orta məbləği sob bir ildə 8% artaraq 289 manata çatıb
Sosial müdafiə
22 Yanvar , 2015 10:58
​Azərbaycanda rəsmən 29 min işsiz var

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2015-ci il yanvarın 1-i vəziyyətinə 28,7 min nəfər olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onların 39,4%-ni qadınlar təşkil edib. Rəsmi işsiz statusuna malik olanların 1,6 min nəfəri işsizliyə görə müavinət alıblar. İşsizliyə görə müavinətin orta məbləği 289,2 manat olub. Rəsmi işsiz status alanların 11,5 min nəfəri, müavinət alanların isə 701 nəfəri Bakı şəhərində cəmləşib.

Bildirək ki, "Məşğulluq haqqında" qanuna əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alırlar. Müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı 2013-cü ilin sonu ilə müqayisədə 20,7% azalıb. Belə ki, 2014-cu il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub, onların 41,5%-ni qadınlar təşkil edib. Onlardan 636 nəfəri işsizliyə görə müavinət alıblar. İşsizliyə görə müavinətin orta məbləği isə indikindən 7,7% az - 268,5 manat olub.

Son xəbərlər

Orphus sistemi