Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda qadınlar həftənin bütün günləri ərzində haqqı ödənilməyən işlər üçün 6 saat vaxt sərf edir. Şənbə və bazar günləri isə qadınlar haqqı ödənilməyən işlər üçün 6 saatdan çox vaxt sərf etdikləri halda, kişilər bu işlər üçün cəmi 2 saat 52 dəqiqə "xərcləyir".
"Report"un rəsmi statistikaya istinadən verdiyi məlumata görə, həftənin günləri ərzində qadınlar gəlir gətirən işlərə və təhsilə 1 saat 44 dəqiqə sərf etdiyi halda, kişilər bu işlər üçün 4 saat 40 dəqiqə sərf edir.
Qadınların şəxsi qayğılar, özünəqulluq və yatmaq üçün sərf etdiyi vaxt kişilərdən daha az - 9 saat 25 dəqiqədir. Kişilər bu işlər üçün 9 saat 40 dəqiqə sərf edir.
Həftənin şənbə və bazar günləri isə, qadınlar gəlir gətirən işlər və təhsilə cəmi 23 dəqiqə vaxt sərf etdiyi halda, kişilər bunun üçün 2 saat 52 dəqiqə vaxt ayırır.