Azərbaycanda yanvarda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda yanvarda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub
Sosial müdafiə
16 Mart , 2017 19:49
Azərbaycanda yanvarda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb.

Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.

Bundan başqa, bu ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi