Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda Novruz bayramının tətil günləri başlayıb

    Bayramla əlaqədar 9 gün iş olmayacaq

    Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri başlayıb.

    "Report" xəbər verir ki, bayramla əlaqədar 9 gün iş olmayacaq.

    Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.

    Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.

    Bu gün - martın 19-u şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.

    Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. Bayramdan sonra növbəti iş günü martın 28-nə təsadüf edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi