Azərbaycanda hakimlərin və prokurorların pensiyaya çıxmaq üçün iş stajının müddəti artırılacaq

Azərbaycanda hakimlərin və prokurorların pensiyaya çıxmaq üçün iş stajının müddəti artırılacaq Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq
Sosial müdafiə
28 Fevral , 2017 18:28
Azərbaycanda hakimlərin və prokurorların pensiyaya çıxmaq üçün iş stajının müddəti artırılacaq

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda hakimlərin və prokurorların pensiya yaşı artırılır.

"Report"un xəbərinə görə, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, hakimlərin pensiyaya çıxmaq üçün tələb olunan iş stajının müddəti 5 ildən 15 ilə, prokurorların pensiyaya çıxmaq üçün iş stajı müddəti isə 25 ildən 35 ilə qaldırılır.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi