Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq

Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı sənədləri hazırlayıb
Sosial müdafiə
28 Sentyabr , 2016 19:54
Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Gələcəkdə Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq".

"Report"un xəbərinə görə, bunu Milli Məclisdə "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda keçirilən "dəyirmi masa"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, Komitə bununla bağlı sənədləri hazırlayıb: "Hazırda bununla bağlı işlər aparılır. Sənədlər tam hazır olduqdan sonra aidiyyəti qurumlara göndəriləcək".

Son xəbərlər

Orphus sistemi