Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 52950 nəfərə birdəfəlik müavinət ödəyib
Sosial müdafiə
21 Avqust , 2017 14:16
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb
Report

Bakı. 21 avqust. REPORT.AZ/ 2017-ci ilin 6 ayı ərzində 58,8 min nəfərə Azərbaycan Prezidentinin təqaüdü verilib. 

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 52950 nəfərə birdəfəlik müavinət ödəyib. 

Onlardan 44438 nəfəri uşağın doğulmasına, 4394 nəfəri radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün müavinət alıb. Bundan başqa, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 2447 şəxsə müavinət və həyatını itirən 1671 nəfərin yaxınlarına dəfn pulu verilib. 

2017-ci ilin iyulun 1-dək əmək xəsarəti və ya peşə xəstəliyi olan 432 nəfər zərərçəkən kompensasiya alıb.

Eyni zamanda, ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb. 

Son xəbərlər

Orphus sistemi