Azərbaycan Kulinarlarının Konqresi keçirildi

Azərbaycan Kulinarlarının Konqresi keçirildi Bu gün Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Konqresi keçirilib.
Sosial müdafiə
4 Fevral , 2020 12:31
Azərbaycan Kulinarlarının Konqresi keçirildi
Report / Elchin Murad

Bu gün "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Konqresi keçirilib.

"Report" xəbər verir ki, konqresə ölkənin bütün bölgələrindən 250-yə yaxın aşpaz qatılıb.

Assosiasiyanın sədri Orxan Muxtarov bildirib ki, konqresin məqsədi gənc aşpazları bir araya gətirmək və görülən işlərin hesabatını etməkdir: "Aşpazlarımız oktyabr ayında Monteneqroda, dekabrda isə Dubayda uğur əldə ediblər. Bu gün məqsədimiz gənc aşpazları həvəsləndirmək və Azərbaycan mətbəxinin dünyada tanıdılmasıdır. Hazırda assosiasiyanın 100-dən çox üzvü var. Gələcəkdə daha çox aşpaz və insanların qoşulacağını gözləyirik.

Mayın 19-21-də Qızıl Şah 1-ci Kulinariya Çempionatı keçiriləcək ki, orda da bütün bölgələrdən aşpazların qatılacağı gözlənilir. Qeyd edim ki, çempionatın münsiflər heyəti xarici mütəxəssislər olacaq. Burada aşpazlarımız öz məharətlərini göstərəcək".

Assosiasiyanın İdarə Heyətinin sədr müavini Fərhad Aşurbəyli iştirakçıları ötən ilin hesabatı ilə tanış edib.

O bildirib ki, bu ilin martında Lənkəranda diametri 2 metr olacaq Şah Plov hazırlanacaq: "Eyni zamanda Azərbaycanın ən görkəmli kulinarı Şahhüseyn Kərimovun xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq".

Assosiasiyanın İdarə heyətinin digər üzvü həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma və mətbəx barədə danışarkən dünyanın ən əsas problemlərindən olan piylənmə barədə məlumat verib. O, piylənməni insan həyatı üçün böyük bəla adlandırıb və insanları sağlam qidalanmağa çağırıb.

Sonda iştirakçılar diplomla təltif edilib.

Son xəbərlər

Orphus sistemi