Azad Rəhimov Qubada vətəndaşları qəbul edib

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib Bəzi vətəndaşlar nazirdən iş istəyib
Sosial müdafiə
12 Fevral , 2016 15:02
Azad Rəhimov Qubada vətəndaşları qəbul edib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi