​Axtarış sistemləri Azərbaycanda yay vaxtının ləğv olunduğunu nəzərə almayıb

​Axtarış sistemləri Azərbaycanda yay vaxtının ləğv olunduğunu nəzərə almayıb "Google" və "Yandex"in axtarış maşınları lazımi səviyyədə köklənməyib
Sosial müdafiə
27 Mart , 2016 12:37
​Axtarış sistemləri Azərbaycanda yay vaxtının ləğv olunduğunu nəzərə almayıb

Bakı. 27 mart. REPORT.AZ/ "Google" və "Yandex" axtarış sistemləri Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə almayıb.

"Report" xəbər verir ki, Azərbaycanda yay vaxtına keçid, yəni saatların qabağa çəkilməsi martın 27-si səhər 4-də baş verməli idi, lakin bir müddət əvvəl ləğv edildiyindən bu olmadı.

Görünən odur ki, "Google" və "Yandex"in axtarış maşınları lazımi səviyyədə köklənməyib və "Bakıda saat neçədir?" sorğusuna hazırki vaxtdan bir saat irəlini göstərir.

Son xəbərlər

Orphus sistemi